Almaniyanın “Nürnberq” klubunun azərbaycanlı hücumçusu Mahir Emreli İkinci Bundesliqasının 9-cu turunda "Qroyter Fürt” üzərində qazandıqları qələbəni (4:0) şərh edib.
Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan Emreli vurduğu qol haqda da danışıb:
“Biz bütün həftə bu oyuna həm psixoloji, həm də taktiki cəhətdən hazırlaşmışdıq. Qalib gələ bildiyimiz üçün üçün şadam. Yana görə xüsusilə şadam. O, başqa matçlarda bizi bir dəfədən çox xilas etmişdi. Vurduğum qola gəldikdə, qol vurmağı xoşlayıram. Bu, bəlkə də karyeramın ən gözəl qollarından biridir. Amma ən vacib olan derbidə qalib gəlməkdir. Bu tip oyunları xoşlayıram. Mən artıq bir neçə derbidə oynamışam və onlar həmişə emosiya ilə doludur və bunu bəyənirəm. Bu matçlar həmişə bir az xüsusi olur. Azarkeşlərə belə qələbə bəxş etmək təsvir olunmaz hissdir".
saytlarin hazirlanmasi