“Nürnberq”in baş məşqçisi Miroslav Kloze Almaniya II Bundesliqasının 9-cu turunda “Qröyter Fürt” üzərində qazanılan qələbəni (4:0) şərh edərkən ilk qolun müəllifi azərbaycanlı hücumçu Mahir Emrelini də qeyd edib.
Sportal.az xəbər verir ki, “Bild”ə danışan Kloze millimizin forvardı haqda bunları deyib:
"Uzun müddətdir ki, Tsimas və Emrelinin meydanda bir-birini anlamağa başlamasını gözləyirdik. Mahir zədə səbəbindən uzun müddət əziyyət çəkdi, amma ona vaxt verdik. Emrelinin qol qeydi? Futbolçular mənimlə məşq etdikləri üçün belə bayram edirlər".
saytlarin hazirlanmasi