Renat Dadaşov: "Mümkün qədər tez qayıtmağa köklənmişəm"

14:59 - 22 Oktyabr 2024

"Ankaragücü"də çıxış edən Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov əməliyyat olunub.

Sportal.az xəbər verir ki, 25 yaşlı forvardın əməliyyatı uğurlu keçib. I Liqa təmsilçisinin futbolçusu cərrahi müdaxilənin yaxşı keçdiyini bildirib:

"Əməliyyat yaxşı keçdi. Hazırda sağalmağa və mümkün qədər tez qayıtmağa köklənmişəm".

Qasıq nahiyyəsindən əməliyyat olunan Renat Dadaşovun 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Xəbər xətti