Millimizin üzvü asist etdi, komandası qalib gəldi - VİDEO

09:48 - 28 Oktyabr 2024

Türkiyədə birinci liqasının 10-cu turunun bir sıra oyunları baş tutub. 

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” öz meydanında “Sakaryaspor”u qəbul edib. 

Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Meydana start heyətində çıxmış Diniyev 51-ci dəqiqədə komandasının üçüncü qolunun ötürməsini verib. O, 84-cü dəqiqədə əvəzlənib. “Bandırmaspor” 18 xalla 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti