Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun qışda "Ankaragücü"nü tərk etmək ehtimalı olduğu haqda xəbər vermişdik.
Belə ki, Türkiyə Superliqasında yarışan "Eyüpspor" millimizin forvardını paytaxt klubundan ən azından mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırırdı.
Sportal.az saytına verilən məlumata görə, Dadaşov bu şərtlərlə həmin variantdan imtina edib. Üstəlik o, "Ankaragücü"ndə qalaraq məxsus olduğu komanda ilə birlikdə Superliqaya vəsiqə qazanmaq istədiyindən komandasını tərk etməmək qərarına gəlib.
25 yaşlı hücumçunun "Ankaragücü" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Onun komandası 10 turdna sonra birinci liqada 16 xalla 7-ci pillədədir. Lider "Erzurum" isə 19 xala malikdir.
saytlarin hazirlanmasi