"Kəpəz" Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində "Ağdaş"ı 6:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib:
"Kubok yarışında aşağı liqa klublarının iştirakı komanda sayını artırıb. İkinci liqa təmsilçiləri ilə Premyer Liqa klubları arasında təbii ki, böyük fərq var. Bu, bütün komponentlərdə özünü göstərir. Düşünürəm ki, növbəti illərdə daha yaxşı, mübarizəli oyunları izləyəcəyik. "Ağdaş" kollektivinə növbəti oyunlarda uğurlar arzulayıram. Özümüzə gəlincə, qarşıda çətin çempionat matçı olduğundan zədəsiz oyun keçirmək istəyirdik. Uşaqlar meydançada qaçdılar, oynadılar. Əvəzedici komandamızdan gənclərə də şans verdik. Onların oyununa baxdıq".
saytlarin hazirlanmasi