Almaniya 2-ci Bundesliqasında 11-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" səfərdə "Hamburq"un qonağıdır.
Komandaların saat 16:30-da start götürəcək oyunda meydana çıxacağı heyətlər müəyyənləşib. Mahir matça start heyətində başlayacaq.
Qeyd edək ki, Mahir Emreli "Nürnberq"lə 1+1 illik müqavilə imzalayıb. Azərbaycanlı forvard Almaniya təmsilçisinin heyətində 3 qol vurub.
saytlarin hazirlanmasi