Ukrayna klubunun azərbaycanlı üzvü: "Ağır məşqlərimiz yoxdur"

10:49 - 4 Noyabr 2024

Ukraynanın “Polessye” klubunun və Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emil Mustafayev klubun mətbuat xidmətinə açıqlama verib.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu “Aleksandriya”ya qarşı keçirilmiş görüşü şərh edib:

“Düşünürəm ki, “Krivbass”la kubok matçı (2:1) çox enerjimizi aldı. Uşaqlar 100 faizini verdilər və nəticə də gəldi. İndi "Aleksandriya” ilə oyunda toparlanmağa çox vaxt qalmayıb. Ona görə də indi ağır məşqlərimiz yoxdur”.

Mustafayevin komandası dünən rəqibinə 0:1 hesabı ilə uduzub. "Polessye" 22 xalla 4-cü pillədədir.
 

Xəbər xətti