"Neftçi"nin yarımmüdafiəçi "Şamaxı"ya qarşı oynayacaq?

12:36 - 4 Noyabr 2024

"Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov Misli Premyer Liqasının XII turunun “Araz-Naxçıvan”la matçında (0:1) zədələnib.

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra "Neftçi"nin baş məşqçisi Samir Abasov Mahmudovun növbəti mərhələdə oynamayacağını bildirib.

Ancaq MRT müayinəsinin nəticələri göstərdiyi kimi, hər şey o qədər də pis deyil. Müəyyən prosedurlardan sonra Eminin bu həftə məşqlərə başlayacağı və Misli Premyer Liqasının 13-cü turunun “Şamaxı” ilə görüşünə hazır olacağı gözlənilir. 

Xəbər xətti