"Bodö-Qlimt"in baş məşqçisi: "Qarabağ"ı yaxşı tanıyırıq"

11:34 - 7 Noyabr 2024

Norveçin “Bodö-Qlimt” komandasının baş məşqçisi Kyetil Knutsen Avropa Liqasının əsas mərhələsinin IV turunda bu gün Budada “Qarabağ”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, norveçli mütəxəssis Azərbaycan çempionu haqda bunları deyib:

“Biz “Qarabağ”ı yaxşı tanıyırıq. 2024-cü ildə Avropada bütün komandalar diqqətli hazırlaşır və biz də istisna deyilik. Yo Nyumo Matland artıq “Qarabağ”ın oyununa canlı baxıb. Bu, Avropada böyük təcrübəyə malik komandadır. Baxmayaraq ki, bu sezon AL-də əsas mərhələyə pis start götürüblər”.

Qeyd edək ki, "Bodö-Qlimt" - "Qarabağ" görüşü bu gün keçiriləcək və oyuna Bakı vaxtı ilə 21:45-də start veriləcək.

Xəbər xətti