"Fənərbaxça" mövsümün sonunda müqaviləsi başa çatan İrfan Can Kahvecini komandada saxlamaq istəyir.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi türk vingerlə yeni sözləşmə imzalamağı planlaşdırır. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Fənərbaxça" İrfan Cana illik 65 milyon TL maaş olmaqla 3 illik müqavilə təklif etməyə hazırlaşır. 29 yaşlı futbolçunun bu təklifi qəbul edəcəyi gözlənilir.
Qeyd edək ki, "Fənərbaxça" İrfan Can Kahvecini 2021-ci ilin yanvar ayında "Başakşehir"dən transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi