Azərbaycan milli komandası UEFA Millətlər Liqasında bu gün növbəti oyuna çıxıb.
Sportal.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv V turda Estoniyanı qəbul edib. Qəbələ şəhər stadionunda baş tutan matçda hesab açılmayıb.
Azərbaycan yığması qrupda Estoniyaya birinci oyunda 1:3 uduzmuşdu.
UEFA Millətlər Liqası
C Liqası, V tur
16 noyabr
Azərbaycan – Estoniya 0:0
Qəbələ şəhər stadionu