Bu yığmamız da məğlub oldu

16:25 - 16 Noyabr 2024

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

Sportal.az xəbər verir ki, VI qrupda yer alan komanda Yunanıstan yığması ilə üz-üzə gəlib.

Rumıniyanın “Tunari” stadionunda təşkil olunan qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, İlham Yadullayevin baş məşqçisi olduğu U-17 ilk oyunda Macarıstana 0:4 hesabı ilə məğlub olub. Təmsilçimiz qrupda son matçını noyabrın 19-da Rumıniya yığmasına qarşı keçirəcək.

Xəbər xətti