İsveç milli komandasının hücumçusu Aleksandr İsak Millətlər Liqasının C1 qrupunun 5-ci və 6-cı turlarının Slovakiya (16 noyabr) və Azərbaycan (19 noyabr) komandalarına qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, federasiyanın rəsmi saytına danışan isveçli hücumçu bunları deyib: “Milli komandaya qayıtmaq həmişə xoşdur. Komandamızda yaxşı harmoniya var. Hamı pozitivdir. Slovakiya və Azərbaycanla iki vacib oyunu səbirsizliklə gözləyirik".
İsveç - Azərbaycan oyunu Solnadakı “Strouberri Arena”da keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.
saytlarin hazirlanmasi