Fatih Terim Bakıya səfər edəcək

12:18 - 14 Noyabr 2024

Türkiyə millisinin və "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim Azərbaycana səfər edəcək.

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis Bakıya BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP-29) iştirak etmək üçün gələcək.

O, "Qarabağ" Futbol Klubunun təşəbbüsü ilə konfrans çərçivəsində dünya klublarının iqlim dəyişikliyi ilə mübarizə alyansının toplantısında təmsil olunacaq.

Alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın “Nəsimi” zalında baş tutacaq.

Xəbər xətti