Albaniyada ölkə çempionatında 14-cü turun bir sıra oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” səfərdə “Biliş”in qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.
Millimizin üzvü 83-cü dəqiqədə meydana çıxıb.
Hazırda "Eqnatiya" 23 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi