"Fənərbaxça"nın hücumçusu Yussef En-Nesiri karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Vest Hem" mərakeşli futbolçunu transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
London təmsilçisinin baş məşqçisi Xulen Lopeteqi "Sevilya"da birlikdə çalışdığı En-Nesirinin xidmətində maraqlıdır. "Vest Hem" qışda 27 yaşlı forvard üçün İstanbul klubuna təklif göndərəcək.
Qeyd edək ki, "Fənərbaxça" Yussef En-Nesirini mövsümün əvvəlində "Sevilya"dan transfer edib. Mərakeş millisinin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi