"Arsenal" qışda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, London təmsilçisi PSJ-də çıxış edən Randal Kolo Muaninin xidmətində maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Arsenal" fransalı hücumçunu 6 aylıq icarəyə götürmək üçün yanvar ayında Fransa klubuna təklif göndərəcək.
Qeyd edək ki, PSJ Randal Kolo Muanini ötən ilin yayında "Ayntraxt"dan transfer edib. Fransa millisinin üzvü olan 25 yaşlı forvard bu mövsüm Oaris təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi