"Qarabağ" legionerindən birinə yeni müqavilə təklif etməyə hazırlaşır.
Sportal.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi Patrik Andradeni komandada saxlamaq istəyir.
Azərbaycan çempionu kabo-verdeli legionerinə 2 illik müqavilə təklif edəcək.
Belə ki, klub Patriki buraxmaq istəmir. 31 yaşlı futbolçunun “Qarabağ”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
O, 2023-cü il iyulun 15-də “Partizan”dan “Qarabağ”a qayıtmışdı.