Türkiyə birinci liqasında 15-ci turun turun matçları keçirilir.
Sportal.az xəbər verir ki, Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" növbəti görüşünə çıxıb.
Diniyevin komandası "İğdır"la üz-üzə gəlib. Matç "Bandırmaspor"un qələbəsi ilə yekunlaşıb.
Meydana start heyətində çıxan Coşqun Diniyev 84-cü dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. O, komandasının yeganə qolunun asistini də edib.
Qeyd edək ki, "Bandırmaspor" 31 xalla ikinci pillədədir.
saytlarin hazirlanmasi