"Neftçi"nin kapitanı: "Samir Abasov komandaya özgüvəni qaytarmaq istəyir"

12:34 - 23 Dekabr 2024

"Neftçi"nin qapıçısı və kapitanı Rza Cəfərov Sportal.az saytına açıqlama verib.

O ,"Turan Tovuz"la görüşdəki heç-heçəni şərh edib, həmçinin komandanın durumu barədə danışıb:

"Bilirdik ki, bizi çətin oyun gözləyir. "Turan Tovuz" öz azarkeşləri qarşısında oynayırdı. Analizlərdən filan bilirdik ki, elə təxmini bu cür oyun bizi gözləyir. Meydana vuruşmağa, qələbə üçün çıxmışdıq. Təəssüf ki, yenə də belə alındı, heç-heçə oynadıq, qələbə olmadı. Komandada ümumi durum yaxşıya doğru gedir. Qış fasiləsindən sonra toparlanıb daha yaxşı olacağına inanırıq.

İlk növbədə özünəinamı qaytarmaq lazımdır. Düşünürəm ki, ilk turlarda ardıcıl qələbə qazana bilməməyimiz bizə psixoloji təsir edirdi. Samir Abasov ilk növbədə komandaya, futbolçulara özgüvəni qaytarmaq istəyir. Sonradan da yavaş-yavaş nəticə qazanacağıq. Fasilədən sonra  yəqin ki, böyük ehtimalla gedən və yeni gələn futbolçular da olacaq. Böyük ehtimalla həm də psixoloji cəhətdən də böyük dəyişikliklər olacaq. Meydançada vuruşmaq lazımdır. O da dəyişəcəl. Fasilədən sonra vəziyyətdən çıxacağıq".

Xəbər xətti