Ulduz futbolçu "Qalatasaray"a keçə bilər

14:59 - 24 Dekabr 2024

"Mançester Yunayted"dən ayrılacağı gözlənilən Markus Reşford karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Qalatasaray" ingiltərəli vingerlə maraqlanır. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İstanbul təmsilçisi 27 yaşlı ön xətt oyunçusunu icarəyə götürməyi planlaşdırır. "Qalatasaray" rəhbərliyi yanvar ayında ulduz futbolçu üçün onun klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Markus Reşford "Mançester Yunayted"in yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 24 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti