İngiltərənin "Nyukasl" klubu futbolçusu Migel Almironla bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi paraqvaylı vingeri qış transfer pəncərəsi zamanı satmağı planlaşdırır. Bu barədə "The Atletic" nəşri məlumat yayıb.
"Nyukasl" yanvar ayında 30 yaşlı ön xətt oyunçusu üçün gələn təklifləri dəyərləndirəcək. Klubun futbolçunun satışından gözləntisi 10-12 milyon funt-sterlinq gəlir əldə etməkdir.
Qeyd edək ki, "Nyukasl" Migel Almironu 2019-cu ilin yanvar ayında ABŞ-nin "Atlanta" klubundan transfer edib. Paraqvay millisinin üzvü bu mövsüm "sağsağanlar"ın heyətində meydana çıxdığı 10 rəsmi matçda qol və ya assistlə yadda qalmayıb.
saytlarin hazirlanmasi