“Ximki”dən ayrılan Nemanya Ancelkoviç yenidən Azərbaycan Premyer Liqasında oynamaq ehtimalına malikdir.
Sportal.az saytına verilən məlumata görə, serbiyalı futbolçuya Premyer Liqamızda oynayan paytaxt təmsilçiləri təklif göndərib.
Hazırda da onun Azərbaycanda oynamaq ehtimalı var. Maliyyə məsələlərinda razılıq əldə olunarsa, Ancelkoviçin ölkəmizə dönüşü baş tutacaq.
27 yaşlı futbolçu 2021-2023-cü ilə qədər “Zirə”də çıxış etmişdi. O, “Akron”da da oynayıb.
saytlarin hazirlanmasi