"Çelsi" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, London təmsilçisi "İnter"in kapitanı Lautaro Martinesi transfer etmək istəyir. Bu barədə "El Grafico" məlumat yayıb.
"Çelsi" argentinalı forvard üçün İtaliya klubuna Benua Badyaşil, Karni Çukvuemeka və Mixaylo Mudriki və müəyyən məbləğdə pul təklif edəcək.
Qeyd edək ki, "İnter" Lautaro Martinesi 2018-ci ilin yayında Argentinanın "Rasinq" klubundan transfer edib. Argentina millisinin üzvü olan 27 yaşlı hücumçu bu mövsüm Milan təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.
saytlarin hazirlanmasi