Türk məşqçini sabiq "Neftçi"li əvəz edəcək

15:29 - 28 Dekabr 2024

"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu Rumıniya Super Liqasında çalışacaq.

Sportal.az xəbər verir ki, 45 yaşlı mütəxəssis "Petrolul"un baş məşqçisi təyin olunacaq. Bu barədə yerli mətbuat məlumat yayıb.

Türk məşqçi Mehmet Topalın istefa verməsindən sonra Ploieşti təmsilçisi Mutu ilə danışıqlara başlayıb. Klub prezidenti Klaudiu Tudor açıqlamasında tərəflər arasında razılıq əldə olunduğunu bildirib. O, qeyd edib ki, Mehmet Topalla müqavilə ləğv olunduqdan sonra Mutu ilə rəsmi sözləşmə imzalanacaq.

Qeyd edək ki, Adrian Mutu 2023/24 mövsümünün birinci yarısında "Neftçi"ni çalışdırıb. Rumıniyalı məşqçinin son iş yer ölkəsində ÇFR olub. O, bu ilin aaprel ayında istefaya göndərilib.

Xəbər xətti