"Liverpul"da əsas heyətə düşə bilməyən Federiko Kyeza komandadan ayrılmağa hazırlaşır.
Sportal.az xəbər verir ki, italyan vinger daha çox forma şansı qazana biləcəyi bir kluba icarəyə getmək istəyir. Bu barədə "Foot Mercato" məlumat yayıb.
Ölkəsində bir çox klub Kyezanı mövsümün sonuna kimi icarəyə götürməyə çalışır. "Atalanta"nın 27 yaşlı futbolçunu heyətinə qaymaq şansının daha yüksək olduğu bildirilir.
Qeyd edək ki, "Liverpul" Federiko Kyezanı bu ilin yayında "Yuventus"dan transfer edib. İtaliya millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 4 rəsmi matçda 1 qol ötürməsi lə yadda qalıb.
saytlarin hazirlanmasi