Rusiya millisinin sabiq üzvü "Sabah"ın futbolçusu haqda: "Ulduz olacağını düşünürdüm"

17:49 - 29 Dekabr 2024

"Sabah"ın yarımmüdafiəçisi Ayaz Quliyevin vaxtı ilə baş məşqçisi olmuş rusiyalı mütəxəssis Andrey Pyatnitski Azərbaycan əsilli futbolçunun potensialını reallaşdırmamasının səbəblərindən danışıb. 

Sportal.az "Чемпионат" nəşrinə istinadən xəbər verir ki, rusiyalı mütəxəssis Quliyev barədə bunları deyib:

"Zelimxan Bakayevlə Ayaz Quliyev eyni komandada idilər. Ayazın ulduz olacağını düşünürdüm, amma alınmadı. O, öz potensialını açmadı. Bu onun çətin xarakterindən irəli gəlirmi... Bəli, bu da ola bilər. O, tez bir zamanda özündən çıxan, əsəbləşən və həssas biridir. Bu da onun karyerasına təsir etdi".

Ayaz Quliyev 2023-cü il avqustun 28-də “Sabah”la müqavilə imzalayıb. O, 2026-cı il iyunun 30-na qədər bu komandaya məxsusdur.

57 yaşlı mütəxəssis Rusiya millisinin sabiq üzvüdür.

Xəbər xətti