"Liverpul" dünya çempionu üçün "Real"dan 100 milyon avro tələb edir

17:51 - 1 Yanvar 2025

İspaniyanın "Real" klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin əsas hədəfi "Liverpul"da çıxış edən Aleksis Mak Allisterdir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Real" argentinalı yarımmüdafiəçini yayda transfer etmək niyyətindədir. İngiltərə klubu 26 yaşlı orta xətt oyunçusu üçün 100 milyon avro tələb edir.

Qeyd edək ki, "Liverpul" Aleksis Mak Allisteri ötən ilin yayında "Brayton"dan transfer edib. Argentina millisi ilə dünya çempionu olmuş futbolçu bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti