"Qarabağ"ın rəqibi Almaniya klubu ilə qarşılaşacaq

10:48 - 8 Yanvar 2025

“Qarabağ”ın Avropa Liqasının əsas mərhələsindəki rəqibi olan Rumıniya FKSB klubu Antalyada (Türkiyə) təlim-məşq toplanışında daha bir rəqiblə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, Rumıniya çempionu Almaniyanın "Hamburq" klubu ilə üz-üzə gələcək.

Matç yanvarın 10-da baş tutacaq.

Xatırladaq ki, daha əvvəl FKSB-nin yanvarın 12-də Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə qarşılaşacağı məlum olmuşdu.

“Qarabağ” – FKSB oyunu yanvarın 23-də Bakıdakı Tofiq Bəhramov stadionunda keçiriləcək və oyuna saat 21:45-də start veriləcək.

Xəbər xətti