Kloze: "Mahirlə ünsiyyət asan deyil, ona bəzi məsələləri 2-3 dəfə izah etməli oluruq"

13:46 - 8 Yanvar 2025

"Nürnberq"in baş məşqçisi Miroslav Kloze Almaniya mətbuatına açıqlamasında komandanın hücumçusu Mahir Emreli ilə dialoqundan danışıb.

Sportal.az "Bild.de" nəşrinə istinadən xəbər verir ki, Kloze azərbaycanlı futbolçunun çatışmazlıqlarından bəhs edib:

"Mahir Emreli ilə ünsiyyət asan deyil. Ona etmədiyi bəzi məsələləri iki-üç dəfə izah etməli oluruq. Buna görə də, o, tez-tez künc zərbələri zamanı və ya topu buraxmaq üçün harada durmaq barədə məsləhətlər alır. Mahirlə bu məsələlərlə bağlı danışırıq. Onun Stefanos Tzimasla münasibəti yaxşılaşıb, amma hələ ki, bundan razı deyiləm”.

Qeyd edək ki, Emreli yayda "Nürnberq"lə bir illik müqavilə imzalayıb.

Xəbər xətti