Türkiyənin “Ankaragücü” klubunun azərbaycanlı yarımmüdafiəçisi Həsən Nəzərli ölkə kubokunun A qrupunun “İskəndərunspor”la açılış oyununda (1:1) iştirakını şərh edib.
Sportal.az xəbər verir ki, həmyerlimiz paytaxt klubundakı debütü ilə bağlı bunları yazıb:
"Mənə ilk dəfə “Ankaragücü”nün start heyətində oynamaq şansı verdiyi üçün Kemal Özdeşə və bütün məşqçilər korpusuna təşəkkür edirəm. İndi daha çox çalışmağın vaxtıdır".
Xatırladaq ki, bu görüşdə həm Nəzərli, həm də komandanın digər azərbaycanlı futbolçusu Renat Dadaşov bütün 90 dəqiqə meydanda olublar.
saytlarin hazirlanmasi