Belajdi Pusi: "Daha çox inkişaf etməliyik" - MÜSAHİBƏ

14:22 - 16 Yanvar 2025

"Şamaxı"nın hücumçusu Belajdi Pusi Sportal.az saytına müsahibə verib.

- "Şamaxı"nın qış hazırlığı necə gedir? Hər şeydən razısız?

Məşqlərimiz yaxşı gedir. Hər şey qaydasındadır. Artıq biz qış təlim-məşq toplanışını bitirmişik. Artıq sabah qarşılaşacağımız oyuna hazırlaşırıq. “Qarabağ”la matçı düşünürük. İnd də çalışmalarımız davam edir. Bütün fikrimizi həmin oyuna yönəltmişik.  

- Komanda toplanış ərzində iki yoxlama görüşü keçirdi və hər iki matçında məğlub oldu. Sizcə, “Şamaxı” hansı matçda daha yaxşı oynadı?

Bəli, iki yoldaşlıq oyunu keçirdik. Bu oyunlarda nəticələr önəmli deyil, yaxşı formada olmaq, komandadakı problemləri həll etmək və nəyi daha yaxşı edə biləcəyimizi təhlil etmək vacibdir. Biz də buna məşğul olduq.

- Sizcə, “Şamaxı” mövsümün ikinci yarısına hazırdır?

Düşünürəm ki, biz hazırıq. İndi birlikdə daha çox təcrübəmiz var, bir-birimizi daha yaxşı tanıyırıq. Düşünürəm ki, ikinci hissədə daha yaxşı çıxış edəcəyik. Komandamıza çox inanıram. Mövsümün ilk yarısında da yaxşı oyunlarımız çox oldu. Bu dəfə də hazırlaşmışıq. Uğurlu nəticə üçün oynayacağıq.

- Komandaya bir neçə yeni futbolçu transfer olundu. Sizcə, indi komandanız daha güclüdür?

Bəli, komandamıza bir neçə yeni oyunçu transfer edildi. Ümid edirəm ki, onlar bizə kömək edəcəklər. “Şamaxı” yaxşı futbol oynayırdı. Amma biz daha çox inkişaf etməliyik və düşünürəm ki, mövsümün ikinci yarısında daha yaxşı olacağıq.

- “Şamaxı"nın fasilədən sonra ilk oyununu "Qarabağ"a qarşı keçirəcək. Sabah keçiriləcək görüşlə bağlı düşüncələrin necədir? 

“Qarabağ”la oyun həmişə çətin olur. Xüsusən də onların stadionunda oynayanda. Amma biz öz oyunumuzu xarakterlə oynamalı və sona qədər diqqətimiz cəmləməliyik. 

- “Şamaxı”nın Premyer Liqada qalmaq şanslarını necə dəyərləndirirsən? Bunu reallaşdıra biləcəksiz?

Biz yaxşı komandayıq. Yaxşı oyunçularımız, yaxşı məşqçilər korpusumuz, yaxşı klub prezidentimiz var. Ətrafda hər şey də yaxşıdır. Biz pozitivik və hamımız birlikdə yaxşı iş görə bilərik.

- “Qarabağ”ın hücumçusu Juninyo Olavi “Flamenqo”ya keçdi. Azərbaycanda oynamaqla bunu reallaşdırdı. Həmin transfer haqda fikrin necədir?

Azərbaycan Premyer Liqası yaxşı çempionatdır. Hər il daha yaxşı olacağını düşünürəm. Burada hər yerdə oynaya bilən yaxşı oyunçular var. Futbolda hər şey mümkündür.

Mirbağırağa
 

Xəbər xətti