"Azərbaycan millisinin potensialı yüksəkdir, ümidvaram ki, Santuş bir yol tapacaq"

13:46 - 17 Yanvar 2025

Azərbaycan milli komandasının sabiq üzvü Məhəmməd Mirzəbəyov Sportal.az saytına açıqlama verib.

Vaxtı ilə yığma komandamızın aparıcı üzvlərindən olmuş Mirzəbəyov A millinin hazırkı durumundan və DÇ-2026-dakı şanslarından danışıb.

Onun sözlərinə görə, millimiz perspektivlidir və sadəcə Fernandu Santuş çıxış yolu tapmalıdır:

"Təəssüf ki, millimiz Mİllətlər Liqasında D divizionuna düşdü. Bəzən uşaqlar çox yaxşı oynayırdılar. Düzünü desəm, mümkün qədər yuxarı pillələrə qalxacağımızı düşünürdüm. Amma təəssüf ki, alınmadı. Bunun səbəbini söyləmək çətindir, çünki mən orada yoxam. Millimizin DÇ-2026-da qrupdakı rəqibləri ilə də tanışam. Xorvatiya ilə iki dəfə heç-heçə oynamışdıq. Bu dəfə də hər şey mümkündür. Azərbaycan millisinin potensialı yüksəkdir. Ümidvaram ki, millimizin uğurlu nəticələr qazanması üçün baş məşqçi bir yol tapacaq. Biz isə millimizin, qardaşlarımıza azarkeşlik edəcəyik. Rəqibin kimliyindən, harada oynamaqlarından asılı olmayaraq Azərbaycanın qalib gəlməsini istəyirəm”.

Xəbər xətti