Misli Premyer Liqasının XIX turu çərçivəsində yanvarın 19-da keçiriləcək “Kəpəz” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik olub.
Sportal.az xəbər verir ki, köməkçi hakim Kamran Bayramovun səhhətində problem yarandığı üçün onu Şirmamed Mamedov əvəz edib. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, "Kəpəz" - "Turan Tovuz" qarşılaşması 19 yanvar tarixində saat 16:00-da Tovuz şəhər stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi