Nuri Şahinlə yollar ayrıldı - RƏSMİ

14:53 - 22 Yanvar 2025

Almaniyanın "Borussiya" klubu baş məşqçi Nuri Şahinlə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi türk mütəxəssislə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nuri Şahin Çempionlar Liqası Liqa fazasının 7-ci turunun "Bolonya" ilə matçından (1:2) sonra istefaya göndərilib. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

36 yaşlı məşqçi mövsümün əvvəlində "Borussiya"nı çalışdırırdı. Komanda Bundesliqada 18 turdan sonra 25 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Dortmund təmsilçisi Çempionlar Liqasında isə 7 turda 12 xal toplayıb və 13-cü yerdədir.

Xəbər xətti