Braziliya milli komandasının sabiq üzvü Felipe Melo karyerası ilə bağlı yekun qərarını verib.
Sportal.az xəbər verir ki, 41 yaşlı yarımmüdafiəçi qərarını sosial şəbəkə hesabı vasitəsilə açıqlayıb.
Qeyd edək ki, Felipe Melo "Flamenqo"nun yetirməsidir. Təcrübəli oyunçu karyerası ərzində "Kruzeyro", "Qremio", "Malyorka", "Rasinq", "Almeriya", "Fiorentina", "Yuventus", "Qalatasaray", "İnter" və "Palmeyras"da çıxış edib.
Melo bu müddətdə Türkiyə Super Liqası (3), Türkiyə Super Kuboku (3), Türkiyə Kuboku (2), Libertadores Kuboku (3), Sudamerikana (1),Braziliya A Seriyası (2), Braziliya Kuboku (2), Klublararası Dünya Çempionatının (1) qalibi olub. O, Braziliya yığmasının heəytində keçirdiyi 22 rəsmi matçda 2 qol vurub.
saytlarin hazirlanmasi