Ölkə xaricində karyerasını davam etdirən azsaylı legionerlərimizdən olan Zamiq Əliyev Sportal.az saytına açıqlama verib.
Albaniyanın "Eqnatiya" klubunda oynayan 23 yaşlı müdafiəçi qarşıdakı ay keçiriləcək Azərbaycan millisinin toplanışına dəvət edilib-edilməyəcəyinə münasibət bildiri:
"Bu haqda nəsə deyə bilmərəm. Qərarı Fernandu Santuş verir. Bütün qərarlarına da hörmətlə yanaşıram. Ümid edirəm ki, mənə də millidən dəvət gələcək. Hər bir futbolçu kimi mən də hər zaman milli komandamızda oynamağı arzulayıram".
Əliyev Azərbaycan millisində ötən il debüt edib. Azərbaycan yığması martın 25-də Bakıda Belarusla yoldaşlıq matçı keçirəcək. Lakin görüşün saatı hələ ki dəqiqləşməyib.
saytlarin hazirlanmasi