Xorvatiya mətbuatı ötən mövsümün sonunda bu ölkənin liqasını tərk edən futbolçuların karyeralarını digər çempionatlarda da uğurla davam etdirməsini yazıb.
Sportal.az xəbər verir ki, "Večernji list" nəşrinin yazdığına görə, 25 futbolçunun siyahısında “Dinamo”nun (Zaqreb) sabiq hücumçusu, bu mövsümdən Almaniyanın “Nürnberq” klubunda çıxış edən Mahir Emrelinin də adı var. O, 15-ci pillədədir:
"Dinamo"dan ayrılandan sonra azərbaycanlı ikinci Bundesliqanın əfsanəvi təmsilçisi “Nürnberq”in heyətində daha tez-tez oynamağa başladı. O, 15 matçda 4 qol vurub və əla oyun nümayiş etdirir. Bununla belə, o, şanslarını çevirmək üzərində işləməli olacaq".
Qeyd edək ki, Mahir Emreli "Nürnberq"ə yayda keçib və onun müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.