PSJ-nin baş məşqçisi Luis Enrike qapıçı Canluici Donnarummanın performansından məmnun deyil.
Sportal.az xəbər verir ki, Paris klubu yeni mövsüm üçün bu mövqeyə axtarışlarını davam etdirir. Bu barədə Fransa mətbuatı məlumat yayıb.
PSJ-nin əsas hədəfi "Milan"da çıxış edən Mayk Menyandır. Rəhbərlik fransalı qolkiperi yayda transfer etəm üçün səy göstərəcək. Parislilərin gündəmində olan digər qapıçı isə "Lill" forması geyinən Lyuka Şevalyedir.
PSJ bu iki "əlcək sahibi"ndən birini heyətinə qata bilsə, Donnarumma ilə yollar ayrılacaq. İtalyan futbolçunun ölkəsinə qayıdacağı gözlənilir.
saytlarin hazirlanmasi