Mahir Emreli Cənubi Koreya və Türkiyə klubları arasında seçim edəcək

12:46 - 14 Fevral 2025

Almaniyanın “Nürnberq” klubunun futbolçusu Mahir Emreliyə bir sıra komandalardan təklif gəlib.

Azərbaycan millisinin vingerinin Cənubi Koreyaya yollanmaq ehtimalı haqda xəbər vermişdik.

Sportal.az xəbər verir ki, “Seul”un transfer siyahısında yer alan Emreli Türkiyəyə yollanmaq variantına da məxsusdur.

Belə ki, onunla Türkiyənin Superliqa və birinci liqa klubları yaxından maraqlanır.

Xatırladaq ki, Emreli “Nürnberq”dən ayrıla bilər, lakin onun karyerasını harada davam etdirəcəyi hələ ki məlum deyil. O, yayda Almaniya klubu ilə 1+1 illik mqüavilə imzalamışdı.

Xəbər xətti