Türkiyə klubunun fəxri prezidenti millimizin üzvü haqda: "O, hamını heyran etdi"

15:37 - 14 Fevral 2025

Türkiyənin “Çorum” klubunun fəxri prezidenti Muhsin Dərə komandanın azərbaycanlı yarımmüdafiəçisi Coşqun Diniyevin birinci liqanın 24-cü turunun “Yeni Malatyaspor”a qarşı keçirdiyi oyunda (2:0) dubla imza atmasına münasibət bildirib.

Sportal.az “Kesin Karar” portalına istinadən xəbər verir ki, Dere millimizin üzvü haqda bunları deyib:

“Coşqun Diniyev hamını heyran etdi. Bu, havanın bütün futbolçular üçün çətin şərait yaratdığı görüş idi. Ümid edirəm ki, bu matç çoxlu qələbələrin xəbərçisi və başlanğıcı olacaq”.

“Çorum” 38 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Əlavə edək ki, Diniyev mövsümə "Bandırmaspor"da başlasa da, sonradan "Çorum"a keçib.

Xəbər xətti