Əliyev oynadı, "Eqnatiya" qazandı

09:46 - 16 Fevral 2025

Albaniyada ölkə çempionatının 25-ci turunun bir sıra oyunları keçirilib. 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” “Partizani” ilə qarşılaşıb. 

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Əliyev bütün oyunu meydanda keçirib. Hazırda "Eqnatiya" 48 xalla liderliyini davam etdirir.
 

Xəbər xətti