"Real" Vinisiusla danışıqlara başladı

20:48 - 16 Fevral 2025

"Real" braziliyalı vingeri Vinisius Juniorla müqavilə müddətini artırmağı planlaşdırır.

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, artıq tərəflər arasında danışıqlara start verilib.

Yeni müqaviləyə görə, Braziliya millisinin üzvü 2030-cu ilə qədər “Real”a məxsus olacaq.

24 yaşlı futbolçunun “kral klubu” ilə hazırkı hazırkı müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. 

Daha əvvəl Vinisiusun ildə 25 milyon avro maaş almaq istədiyi bildirilmişdi. Yeni müqavilənin maliyyə şərtləri hələlik məlum deyil. O, “Real”da 296 oyun keçirib, 101 qol vurub və 85 məhsuldar ötürmə edib.

Vinisius “Flamenqo”da oynadıqdan sonra 2018-ci ildə “Real”a keçmişdi.

Xəbər xətti