"Neftçi" Qazaxıstan millisinin futbolçusu üçün təklif göndərdi - Onu Şotlandiya klubu da istəyir

14:36 - 16 Fevral 2025

"Neftçi" heyətini yeni legionerlə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Bakı klubunun maraq dairəsinə “Tobol” və Qazaxıstan millisinin sağ cinah yarımmüdafiəçisi İslam Çesnokov daxildir. 

Qazaxıstan mətbuatının yazdığına görə, Bakı təmsilçisi yerli kluba sərfəli təklif edib və klub da bununla razılaşıb.

Lakin hələlik futbolçu qərarını verməyib. 25 yaşlı forvard üçün Şotlandiyanın "Harts" klubu da təklif göndərib. Lakin “Tobol” Britaniya klubunun şərtlərindən razı qalmayıb.

Hazırkı klubu ilə müqaviləsi bu ilin oktyabrında başa çatacaq Çesnokov Qazaxıstan millisinin heyətində 11 oyuna çıxıb və iki dəfə fərqlənib.
 

Xəbər xətti