"Zirə"nin futbolçusu Salifu Suma xarici klubların maraq dairəsindədir.
Sportal.az "Africafoot" nəşrinə istinadən xəbər verir ki, qvineya uğrunda mübarizəyə girən digər klublardan biri də “Lokomotiv”dir(Moskva).
Mənbənin iddiasına görə, “dəmiryolçular” həm “Zirə”yə, həm də futbolçunun özünə sərfəli təklif etməyə hazırdır. Xüsusilə, danışıqların uğurlu olacağı təqdirdə Suma Rusiyada ayda 20 min avroya qədər pul alacaq.
"Lokomotiv" bu müqaviləni yayda tamamlamağa hazırlaşır. O da bildirilir ki, moskvalıların təklifi cinah yarımmüdafiəçisi uğrunda mübarizədə favorit olan türkiyəli “Fənərbaxça”dan daha cəlbedicidir.
Xatırladaq ki, müxtəlif mənbələrə görə, Zirə Suma üçün 800 min avro tələb edir.
21 yaşlı futbolçunun "Zirə" ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi