Azərbaycan millisinin futbolçuları Rahil Məmmədov və Renat Dadaşovun çıxış etdiyi “Radomyak” Polşa çempionatının 25-ci turunda doğma meydanda "Lexiya"nı qəbul edib.
Sportal.az xəbər verir ki, bu matçda meydana start heyətində çıxan Renat Dadaşov 86-cı dəqiqədə əvəzlənib. Rahil Məmmədovadın adı isə iştirak ərizəsinə salınmayıb. Görüş “Radomyak”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Dadaşov Polşa klubunun heyətində 2 qol vurub. Bu matçdan sonra "Radomyak" ölkə çempionatında 31 xalla 12-ci sırada yer alıb.
saytlarin hazirlanmasi