Almaniya 2-ci Bundesliqasında 26-cı turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" doğma meydanda "Qroyter Fürt"ü qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Mahir Emreli də bu görüşün iştirakçısı olub. 27 yaşlı forvard 81-ci dəqiqədə meydana çıxıb.
26 turdan sonra aktivində 41 xal olan "Nürnberq" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi