Mourinyo: "Bu heç-heçə heçnəyi dəyişmir"

00:45 - 17 Mart 2025

Türkiyə Superliqasının 28-ci turu çərçivəsində "Fənərbaxça" doğma meydanda "Samsunspor"la 0:0 hesablı heç-heçəyə razılaşıb.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo çempionluq şanslarının hələ də qaldığığını vurğulayıb:

"Qol vura bilmədik, rəqibə də qol vurmaları üçün imkan vermədik. Qapıda mən də olsaydım qol buraxmazdıq. Oyunçularımda yorğunluq var idi. Ona görə də, 2-ci hissənin əvvəlində bir sıra dəyişikliklər etdim. 2 gün bundan əvvəl 120 dəqiqə oynayan futbolçuların bu gün meydanda olması asan deyil. Bu heç-heçə heçnəyi dəyişmir. Çempionluq şansımız hələ də var".

Xəbər xətti