Fransa millisinin sabiq hücumçusu 37 yaşında karyerasını bitirib

23:48 - 17 Mart 2025

Fransa millisinin sabiq hücumçusu Kevin Gameyro karyerasını başa vurub.

Sportal.az xəbər verir ki, 37 yaşlı futbolçu sosial şəbəkələrdə paylaşım edərək, futbolçu karyerasını başa vurduğunu elan edib:

"Strasburqdan "Valensiya"ya, "Loryan"dan "PSJ", "Sevilya" və "Atletiko"ya qədər – meydanda keçirdiyim hər an yaddaşımda və ürəyimdə qalacaq. Lakin bu gözəl həyat səhifəsini qürurla və yüngül nostalji hissi ilə bağlamağın vaxtı gəldi."

Qeyd edək ki, Qameyro karyerası ərzində Fransa çempionluğu, İspaniya Kuboku və 4 dəfə Avropa Liqasının qalibi kimi mükafatlarda pay sahibi olub.

Xəbər xətti